18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
Ramiz Mehdiyev seçkidə də uduzdu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutuna professor Əlövsət Quliyev yenidən baş direktor seçilib.
Hefteaz.com xəbər verir ki, Ə.Quliyev ötən il AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə işdən çıxarılmış və bu ilin mart ayında məhkəmənin hökmü ilə yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutundakı işinə bərpa olunmuşdu.
Ötən ayın sonlarında AMEA prezidenti Ramiz Mehdiyevin iştirakı ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutuna baş direktor vəzifəsinə seçkilər keçirilib. Səs çoxluğu ilə Ə.Quliyev 5 il müddətinə İnstitutun baş direktoru vəzifəsinə seçilib.
Ə.Quliyev məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Bildirib ki, ötən ay yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru olduqdan sonra onun vəzifəsini icra etmiş akademik Qərib Məmmədovu rəhbəri olduğu qurumdan uzaqlaşdırıb: “Qərib müəllim “Oksford Universiteti”nə getdi. Təbii ki, bu zarafatdı. O, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzifəsinə gəldikdən sonra məni institutdan çıxardı. Mən də baş direktor seçilən kimi, Qərib Məmmədovu institutdan çıxardım. Q.Məmmədovun akademikliyi başına dəysin”.