19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Milli Məclis sədrinin müavini: Şəhid ailələri və qazilərimiz hər zaman dövlətimizin diqqət mərkəzindədir
Bakı, 17 iyul, AZƏRTAC
2020-ci il Azərbaycan tarixinə şanlı Qələbə ili kimi daxil oldu. Biz uzun illər həsrət qaldığımız Qələbəyə, Qarabağ torpaqlarına dövlətimizin başçısının möhkəm iradəsi, xalqımızın birliyi, qəhrəmanlarımızın şücaəti sayəsində nail olduq.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşməndən birdəfəlik azad etdi. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa olundu, insanlar uzun müddət həsrət qaldıqları dədə-baba torpaqlarına qovuşdular. Döyüş meydanında qazanılmış uğurlar düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Düşmən üzərində qazanılmış tarixi Qələbənin qəhrəmanlarının göstərdiyi şücaət isə xalqımızın qəlbində hər zaman yüksək yer tutacaqdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
A.Əliyev qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsinin şəhidlərinin ailə üzvləri, eləcə də qazilərimizin sağlamlıqlarının bərpası hər zaman dövlətimizin başçısının diqqət mərkəzindədir.
Eyni zamanda, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən şəhid ailələrinin və qazilərin problemlərinin həlli, habelə onlara zəruri köməyin göstərilməsi məqsədilə “YAŞAT” Fondu təsis edildi. “Qələbə yaşadanları, Siz də yaşadın” adı altında başlamış xeyriyyə marafonuna hər kəs qoşuldu və bu marafon bu gün çox böyük uğurla davam etdirilir. Vətən müharibəsinin qaziləri müalicələrini davam etdirmək məqsədilə Fond tərəfindən Türkiyəyə göndərilir, habelə onların müayinə və müalicələri ölkəmizdə uğurla davam etdirilir. Müalicə üçün göndərilən hərbi qulluqçularımızın sağalaraq ölkəmizə geri qayıtması hamımızı sevindirir.
“Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onların 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi tapşırılıb.
2021-ci il 14 iyul tarixində Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin növbəti təqdim olunması mərasimi keçirildi. Şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir. Eyni zamanda kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası var.
Habelə şəhid ailələrinin və qazilərin sosial-təminatlarının yaxşılaşdırılması məqsədilə bütün sahələrdə geniş işlər aparılır. Şəhid ailələri və qazilərin qayğıları hər zaman dövlət üçün prioritet məsələ olmuş, onların çətinliklərinin həlli daim ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olmuşdur. Bu sahədə dövlət orqanları ilə yanaşı olaraq, Heydər Əliyev Fondu da geniş və səmərəli işlər görür. Belə ki, Fond tərəfindən qazilərin protez ortopedik vasitələrlə təmin edilməsi, şəhid və qazi övladlarının qayğılarının həlli, onlarla mütəmadi olaraq əlaqələri qurulması və s. bu sahədə aparılan işə öz müstəsna təsirini verir. Vətən müharibəsinin 100-dək qazisi artıq ən yüksəkkeyfiyyətli protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır”, - deyə A.Əliyev bildirib.
O qeyd edib ki, təkcə bir məsələni xatırlatmaq yerinə düşər - Vətən müharibəsində qəhrəmanlarımız misilsiz şücaət göstərərək uzun illər Ermənistanın “məğlubedilməzliyi” mifini tarixin ən qaranlıq səhnəsinə göndərdilər.
Eyni zamanda, Vətən müharibəsində, habelə Şuşa döyüşləri zamanı qəhrəmanlarımızın göstərdiyi misilsiz şücaət, uğurlu əməliyyatların qısa müddət ərzinə böyük sürətlə davam etməsi hamımızı sevindirdi. Vətən müharibəsində göstərilmiş misilsiz qəhrəmanlıq artıq dünya hərb məktəbində önəmli yerlərdən birini tutmaqdadır, müxtəlif hərbi təhsil müəssisələrində qəhrəmanlarımızın şücaəti, rəşadətli Ordumuzun tətbiq etdiyi taktiki təlimlər, döyüş meydanında istifadə olunan müasir silahlarla bağlı təcrübə tədris edilir.
Təbii ki, dövlətin də əsas borcu, ilk növbədə, bu Qələbəni ona bəxş edən qəhrəmanların, habelə onların yadigarlarının, Qələbədə payı olan hər kəsin mükafatlandırılmasıdır.
Milli Məclis sədrinin müavini qeyd edib ki, ölkəmizdə bu sahədə görülən tədbirlərdən biri də bütün yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri və qazilərlə iş üzrə müvafiq struktur bölmənin yaradılması oldu. Yerli icra hakimiyyətlərində yeni yaradılmış bu şöbələrin əsas funksiyası şəhid ailələri və qazilərin müraciətlərinin dərhal icraata qəbul edilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması və nəticələri barədə məlumatların verilməsini təşkil edir. Bu şöbələr yaradıldıqdan sonra onların işçilərinin böyük əksəriyyəti müharibə iştirakçılarının arasından seçildi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin