21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Prezident: Azərbaycan müharibəyə son qoydu, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır
Bakı, 18 iyul, imzainfo
İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bu məsələ, eləcə də regionda münaqişədən sonrakı inkişafla bağlı başqa məsələlər bu gün geniş şəkildə müzakirə olundu. Çünki bu, yeni vəziyyət yaratdı, yeni reallıqlar yaratdı.
imzainfo xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirilən mətbuat konfransında səsləndirib.
“Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq”, – deyə dövlətimizin başçısı bildirib.