Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mikayıl Cabbarov Hezer Evans ilə görüşüb

Mikayıl Cabbarov Hezer Evans ilə görüşüb
16-11-2024, 19:15 161 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evans ilə görüşüb.
Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib.
"COP29 çərçivəsində ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evansla görüşdə Birləşmiş Ştatlarla Azərbaycan arasında genişlənməkdə olan energetika, ticarət və işgüzar əlaqələrin əhəmiyyətini vurğuladıq. "Təmiz enerji" sahəsində irəliləyişlər və dayanıqlı inkişafı dəstəkləyən sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri barədə fikir mübadiləsi apardıq", - deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI