Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zəfər Günü Şəhid anası Dürnisə Əliyeva ziyarət olundu

Zəfər Günü Şəhid anası Dürnisə Əliyeva ziyarət olundu
9-11-2024, 18:49 199 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

28 illik həsrətdən sonra 2020 ci il Noyabrın 8-də də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Zəfər Günü  günü ilə əlaqədər “Dünya Azərbaycanlıların   Həmrəyliyinə Dəstək” ictimai birliyinin  prezidenti Tofiq Əli-zadə, Etibar Əliyev və Rəna Nəbiyeva , 80 yaşlı şəhid anası  olan Dürnisə Ananı ziyarət etdilər. Əvvəlcə 4 mikrorayon Hüseyn Seyidzadə 1 küçəsindəki Əliyev Valeh Xanlar oğlunun xatirə lövhəsi ziyarət olundu və şəhidlərimizin ruhuna fatihə verildi. Daha sonra ziyalılarımız şəhid Əliyev Valeh Xanlar oğlunun  anası Dürnisə Əliyevanın qonağı oldular. Dürnisə Əliyeva gələn qonaqları salamlayaraq bildirdi ki,  şəhidlərimiz ölməzdir, onlar Azərbaycan dövləti durduqca,daima yaşayaçaqlar .Onlar xalqımızın bu günkü xoş günlərimiz ücün şəhid olmuşlar. şəhid ailələrinə diqqət və qayğı demək olar ki, hər gün  artmaqdadır. Deyildi ki ,Əliyev Valeh Xanlar oğlunun1992-1994 cü illərdə Qarabag uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqından danışdı. O, bildirdi ki, şəhid Əliyev Valeh 1994-cü il yanvar ayının 22- də Füzuli rayonu aşağı Seyid Əhmədli kəndi uğrunda gedən döyüşlərdə  şücaət göstərərək şəhid olmuşdur. Daha sonra cıxış edənlər Tofiq Əli-zadə, Etibar Əliyev və Rəna Nəbiyeva qəhrəman  və igid ogullar boyüdüklərinə görə. 80 yaşlı  Dürnisə Anaya minnətdarlıgını bildirdilır



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI