19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Yasamaldakı yanğına görə FHN tənqid olundu
Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə güclü yanğın olub.
Vetenim-azerbaycandır.az-ın məlumatına görə, yanğın artıq söndürülsə də, yanğınla bağlı təhlükəsizliyin təmin olunmaması müzakirələrə səbəb olub.
Bu barədə politoloq Fərhad Mehdiyev də öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, "Akkord"un binasında baş verən yanğının söndürülməsinə görə FHN-in yanğınsöndürənləri həyətə daxil olmaqda çətinlik çəkib:
"Binalar bir-birinin içində tikilib, yolları dar, halbuki Yeni Yasamalın həmin hissəsi lap əvvəldən bom-boş idi, sadəcə, tamahları imkan vermədi ki, geniş yollar qoyulsun. Yolu da satıb yerində bina tikdilər, cahil vətəndaşlar da sabah burada maşın alsam, harada saxlayacam, yanğın söndürmə, təcili tibb maşını bura necə girəcək - heç sorğulamadan mənzil aldılar.
Binaların bu şəkildə tikintisinə icazəni təsdiq edən bir qurum da FHN idi, indi FHN-ə bağlı olan yanğınsöndürmə maşınları yanğına müdaxilə edə bilmir, azı 2 mərtəbə yandı kül oldu. Korrupsiya bax belə formada can alır, evlər yıxır".