21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Şuşada beynəlxalq kulinariya festivalı keçiriləcək
Qarabağın mədəniyyət paytaxtı olan Şuşada kulinariya festivalı keçiriləcək. Festivala dünyanın müxtəlif ölkələrindən kulinarların dəvət olunmasıda nəzərdə tutulur.
Bu barədə Vetenim-azerbaycandır.az məlumat verən Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş direktoru Tahir Əmiraslanov festival haqqında danışıb.
“Biz döyüş başlayan gündən cəbhə xəttində idik. Şuşa azad edilən günün səhəri orada 3 bayraq var idi. Azərbaycan, Türkiyə və Milli Kulinariya Assosasiyasının bayrağı. Bu bizim üçün fəxrdir. Müharibə bitdikdən sonra da azad olunmuş ərazilərə müəyyən səfərlərimiz oldu. Lakin hələ ki Şuşaya səfərimiz baş tutmayıb.
COVID-19 pandemiyası və digər məsələlərə görə müəyyən problemlər var. Festivalla bağlı Prezident Administrasiyasına müraciət etmişik, Dövlət Turizm Agentliyində də müzakirələr aparılır, cavab gözləyirik. Ehtimal var ki, tədbir avqust ayında keçirilsin. Şuşa alınmazdan hələ 15 gün öncə festival keçiriləcəyini elan etmişdik. Hətta Rusiya kanallarından birində yayımlanan verilişdə də festivalın keçiriləcəyi bildirilmişdi”.
T.Əmiraslanov deyib ki, o zaman festivalın keçiriləcəyi elan edildikdə 19 ölkədən kulinarlar gəlmək istədiklərini bildirmişdilər. İndi dəvətnamə göndərilməsini gözləyirlər.
“Festivalda ordumuz da iştirak edəcək. Artıq onlarla razılıq əldə olunub. Böyük bir festival olacaq və çox güclü hazırlıqlar gedir”.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Şuşada planlaşdırılan festivalın açıq havada keçiriləcəyini bildirib.
Onun sözlərinə görə, tədbirdə Qarabağın rayonları da ayrı-ayrılıqda iştirak edəcək.
“Biz bu günə qədər keçirilən festivallarımızda Qarabağın bütün rayonlarının iştirakını təmin etmişik. Festivallar zamanı Qarabağ mətbəxinin assimilyasiya olunmasının qarşısını alırdıq. İşğal zamanı qarabağlıların bir hissəsi Şəkiyə, bir hissəsi Lənkərana, Gəncəyə, Bakıya və başqa yerlərə köçürülüb. Həmin insanlar Qarabağ mətbəxinin əslini itirə bilərdilər. Biz bu səbəbdən Qarabağ mətbəxinin regionlar üzrə nümayişini saxlayırdıq və yadda qalırdı. Hətta “Qarabağ mətbəxi” kitabı da nəşr etmişik”.
T.Əmiraslanov deyir ki, bu cür tədbirlər sayəsində milli mətbəx brendlərini qoruyub saxlamaq mümkün olub.
“Bu günə qədər keçirilən bütün festivallarda yalnız Qarabağ mətbəxi deyil, milli geyimlərimizi, musiqimizi, rəqslərimizi də nümayiş etdirmişik. Qarabağa yalnız əhali deyil, oranın mədəniyyətini, milli-mənəvi dəyərlərini də qaytaracağıq”.
T.Əmiraslanov onu da bildirib ki, “Qarabağ mətbəxi” kitabı xarici dillərdə çap olunacaq:
“Kitab üzərində işlər gedir. “Qarabağ mətbəxi” kitabını kulinariya kitabı səviyyəsinə qaldırıb xarici dillərdə çap etdirəcəyik”.