Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Hindistanda sel, 35 ölü, 100-dən çox itkin - Video

Hindistanda sel, 35 ölü, 100-dən çox itkin - Video
20-11-2021, 20:37 203 dəfə baxılıb

Hindistanın Andxra-Pradeş ştatında güclü yağışların səbəb olduğu daşqın nəticəsində azı 35 nəfər ölüb, 100-dən çox insan itkin düşüb.

Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, sel nəticəsində 2 mərtəbəli ev uçub, həmin anlar həvəskar kameraya əks olunub.
Bildirilir ki, ən azı 5 bölgədə daşqınlar həyatı iflic edib. Tirupati və Kadapada daşqın nəticəsində dəmir yolu nəqliyyatı kəsilib.
Daşqından ən çox zərər çəkən Kadapa şəhərində yerli hava limanı noyabrın 25-dək bağlı qalacaq.
Kadapada güclü yağış zamanı 3 avtobus sel sularında qalıb, ən azı 18 nəfər həyatını itirib.
Daşqın səbəbiylə binanın uçması nəticəsində 17 nəfərin həyatını itirdiyi bildirilib.
Uçmuş binada dağıntılar altında qalan 10 nəfər xilas edilib, 2 nəfərin aqibətindən hələlik xəbər yoxdur.
Ştatda çayın ortasında qalanlar Hindistan Hərbi Hava Qüvvələri tərəfindən helikopterlə xilas edilib.
Rəsmi açıqlamalara görə, seldən zərər çəkmiş ərazilərdə 100-dən çox insan itkin düşüb.
Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri (NDRF) qrupları daşqından zərər çəkmiş ərazilərdə axtarış və xilasetmə işlərini davam etdirir.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI