Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ABŞ Çinlə bağlı narahatlığını bildirdi.

ABŞ Çinlə bağlı narahatlığını bildirdi.
28-10-2021, 03:21 206 dəfə baxılıb

“ABŞ Çinin hərbi modernləşdirilməsini narahatlıqla izləyir və bunu regional sabitliyə təhlükə kimi görür”.

Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib. O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin Çinin hipersəs silahlarının sınağını 1957-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılması ilə müqayisə edən bəyanatını şərh edib.
"Əlbəttə, general Millinin şərhlərini gördüm. Düşünürəm ki, Çinin hərbi modernləşdirmə səyləri ilə bağlı hamımızın yaşadığı narahatlığı çatdıra bildim. Onlar regionda gərginliyi artıran imkanlar üzərində işləməyə davam edirlər və biz bundan narahat olmağa davam edirik”, - deyə Psaki qeyd edib. 
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI