21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Bakıdakı aksiya ilə bağlı - Rəsmi açıqlama
Bu gün səhər saatlarında bir qrup şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, onlar hüquqlarının pozulduğunu bildirərək nazirliyin qarşısına toplaşıblar. Etirazçılar arasında əlilliyi olan şəxslər də olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aksiya iştirakçıları arasında saxlanılanlar var.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, həmin şəxslərdən saxlanılan olmayıb: “Saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar nazirliyin önünə toplaşıb. Onlara nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb”.