18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
NECƏ İNANIM ?! Nuridə Məmmədova
Sən Bilmirsən bu dünyanın işini,
Məhvərdən dəyişir öz gərdişini.
Addımda alçaldır gəda Kişini,
Sən hardan biləsən namərd işini ?!
Piyada mat qoyur Şah
gedişini,
Hələ sən bilmirsən üçdə-beşini..
Ədalət, həqiqət cəkilib ərşə,
Düzünü deyəni çəkirlər şişə.
Oğru dünyası da düşüb təşvişə,
Qanun da, kitab da,
qayıt k e ç m i ş ə,
İmza atılmayıb belə sazişə.
Ay Allah, rəhm elə bu sitaişə
Mən necə inanım bu asaişə ?!
Cinayət bəllidir, düşülmür izə.
İzahat yazılır, cıxmır heç üzə,
Rəzalət, oğurluq cıxıbdır dizə,
Əllərdə qan izi, görünmür nizə.
Ilahi, qeyb olub güman, inamım,
Mən belə dövrana necə inanım ?!
Oğru günahsızın durub üzünə,
Polis qüvvət verir oğru sözünə..
Yalan həqiqətin baxır gözünə,
Günahsız utanır, söyür-özünə:
-Evimdən talandı olub-qalanım,
Mən belə polisə neçə inanım ?!
Oğrular rəisdən alır çürəti,
Avtoşlar polisdən alır sürəti..
Gizlədə bilmirəm mən bu heyrəti,
İlahi, kim verib qula Qüdrəti,
Vallah tapdanıbdı hakkım, imanım,
Hakka divan eylə ey yaradanım...
Mən belə zamana neçə inanım ?!
Rəis danışırdı səs-səda ilə,
"Cinayyət babası"- bir gəda ilə.
Oğru çöldə gəzir min əda ilə,
Oyunlar oynanır bir fədaiyyə.
İlahi,damarda donubdu qanım,
Mən belə rəisə necə inanım ?!
Belə gətirməyin məzlumu dilə,
Oruc tut, namaz qıl, sən tövbə elə.
Getsən də Məkkəyə, müqəddəs elə,
Örtsə də suçunu Mələklər belə,
Düşünmə, İLAHİ günahdan silə.
Bunça boşa getdi zananım, anım,
Dövlət qanununa sizcə inanım ?!