20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Bölgələrdə 20 şəhid ailəsinə yeni evlər verildi
H.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2020-ci il üzrə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub. Həmçinin ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatına sosial tərəfdaşlar tərəfindən sosial məsuliyyət çərçivəsində mühüm dəstək göstərilib və onlar tərəfindən mənzillərin, fərdi evlərin verilməsi işləri davam edir.
Nazir müavini ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 9100-dən çox mənzil və fərdi ev verildiyini deyib. H.Abdullayev qeyd edib ki, keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlərin tikiləcəyi nəzərə alınmaqla, Prezident İlham Əliyev onlar üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə verilməsini tapşırıb. Dövlət başçısının göstərişi ilə həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri görülür. Bu da nəticədə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyişə imkan yaradacaq.
O vurğulayıb ki, Prezidentin 2020-ci il 30 dekabr tarixli Fərmanları şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi qayğının növbəti təzahürü oldu. Fərmanlarla şəhid ailələri üçün Prezidentin təqaüdü 66,7% artırılaraq 300 manatdan 500 manata, Azərbaycanın Milli Qəhrəmanları üçün 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırılıb. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün də həmin təqaüd orta hesabla 50%-dən çox artırıldı. Vətən Müharibəsi Qəhrəmanları üçün də Prezidentin aylıq təqaüdü (2 000 manat) təsis edilib.
Yeni fərdi evlərlə təmin edilən vətəndaşlar onların sosial müdafiəsinin gücləndirilməsinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya, bu gün isə fərdi evlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.