17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
14:34 - Müasir Azərbaycan ordusu müstəqilliyimizin və suverenliyimizin qoruyucusudur
12:58 - Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər edib
12:57 - İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
12:53 - İlham Əliyev: Mingəçevir Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
12:50 - Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
"Ramiz Mehdiyevin varidatı dövlətə qaytarılmalıdır" - AÇIQLAMA
Məlum olduğu kimi, Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunub.Vetenım-Azerbaycandir.az bununla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrənib.
Partiya sədri bildirib ki, Ramiz Mehdiyevlə Əli Həsənov şərik olub: “Ona görə də onlar barədə birgə yoxlama aparılmalıdır. Özünüz də görürsünüz ki, Ramiz Mehdiyev dövlət əleyhinə işlər görür. Onun tabeliyində olan deputatlar Ali Baş Komandanın 44 günlük Vətən müharibəsində əldə ediyi şanlı qələbəyə kölgə salmağa çalışdılar. Ona görə də düşünürəm ki, onların əllərindəki var-dövlət alınmayınca ölkədə sabitlik olmayacaq. Ramiz Mehdiyevin və Əli Həsənovun var-dövləti əlindən alınıb, vətən uğrunda döyüşən şəhidlərimizin ailələrinə, qazilərimizə verilməlidir. Çünki bu pullar onların dədələrinin deyil. Hamısı Azərbaycan büdcəsindən oğurlanan pullardır”.
Partiya sədri bildirib ki, onlar zamanında vəzifələrindən sui-istifadə edib, bu qədər var-dövlət toplayıblar: “Topladıqları var-dövlətin bir hissəsini xaricə çıxarıblar. Buradakı mülkləri də müxtəlif insanların adlarınadır. Ramiz Mehdiyev və onun komandasında olanlar başda olmaqla vəzifəsindən uzaqlaşdırılan bütün məmurların, o cümlədən Əli Həsənovun mülkləri əllərindən alınmaldır. Ramiz Mehdiyevə sağlıq deyənlərin siyahısı hazırlanmalıdır. Vətən müharibəsindən sonra ölkədə sabitliyi pozmağa çalışdılar.Ramiz Mehdiyev şirkətlərindən əldə etdiyi pul hesabına ölkədə qarışıqlıq salmağa çalışır. Təəssüf ki, hələ də mediada Ramiz Mehdiyevin və Əli Həsənovun tör-töküntüsü qalmaqdadır. Onlar bu millətə qənim kəsiliblər. Ona görə də düşünürəm ki, onlar çox ciddi şəkildə cəzalarını almalıdır. Onlar cəzalandırılmalı, əllərindəki var-dövlətlər də vətən uğrunda canlarından, sağlığından keçən insanlara, ailələrinə verilməlidir. Elə hərbiçilərimiz var ki, 20-22 il vətəni uğrunda canlarını qoyurlar, amma kirayədə yaşayırlar. Ramiz Mehdiyev kimilərin oğurladıqları pullar dövlətə qaytarılmalı, şəhid və qazi ailələrinə paylanılmalıdır”.