17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənəcək və inkişaf edəcək - ŞƏRH ÖZƏL
Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlərdə baş tutun ilk geniş formatlı beynəlxalq tədbir idi. Konfrans ADA Universitetinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutdu. Möhtərəm Prezident İlham Əliyev bu konfrans vasitəsilə dünyaya mühüm ismarıclar verdi. Dövlətimizin başçısı əsasən İkinci Qarabağ müharibəsinin başlamasının səbəbləri, müharibənin gedişi və 10 noyabr razılaşmasının imzalanmasından sonra mövcud vəziyyət və regionda baş verən proseslər haqqında ətraflı şəkildə fikirlərini ifadə etdi”. Bu sözləri Vetenim-Azerbaycandir.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
Azərbaycan xalqının Qələbəni dövlətimizin iqtisadi və siyasi gücü, eləcə də beynəlxalq nüfuzunun xüsusilə son illərdə artması nəticəsində qazandığını bildirən deputat qeyd edib: “Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ məsələsini hər zaman prioritet edib və bütün bu illər ərzində dünyanın ən mötəbər kürsülərindən etdiyi bütün çıxışlarında dövlətimizin başçısı bu məsələni daima önə çəkib. Lakin rəsmi İrəvan bütün bu illər ərzində Azərbaycanın dəyişildiyini və gücləndiyini dərk edə bilmədi. Buna görə də indi Ermənistan məğlub və miskin bir ölkəyə çevrilmişdir. Azərbaycanın Qələbəsi isə həm ölkəmizin, həm də regionun inkişafında yeni bir mərhələ açıb. Amma Azərbaycan Prezidenti də dediyi kimi, inkişafın əsası sabitlikdir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Təbii ki, Azərbaycan riskləri minimallaşdırmaq üçün müvafiq addımlar atacaq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər və bu əsasla regionda yaratdığı yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir və əməkdaşlıq formatları regional sabitliyə misilsiz töhfədir”.
J.Əhmədova deyib ki, möhtərəm Prezident İlham Əliyev, çıxışı zamanı bir daha Ermənistanın diqqətinə onların kimin tarixi torpaqlarında oturduqlarına diqqəti çəkib: “Hesab edirəm ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları qaldığı və yeni müharibə ehtimalı haqqında danışan qüvvələr üçün bu çıxış bir dərs olmalıdır. Cənab Prezident bu çıxışıyla ermənilərin yaddaşlarını təzələyərək onların “qırmızı xətti” keçəcəkləri halda, qarşılaşa biləcəkləri vəziyyətə belə işarə edib: “Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri və başqa misallar var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin”. Deputat diqqətə çatdırıb ki, ölkə başçısı İlham Əliyev xalqın inamına və dəstəyinə arxalanaraq böyük uzaqgörənliklə, strateji hədəfləri müəyyən edərək, siyasi qətiyyət və iradə göstərərək həm Azərbaycanda, həm Cənubi Qafqazda, həm də bölgədə və dünyada yeni reallıqlar yaradıb: “Bu reallıq “Böyük Qayıdış” üçün görülən işlərdir, yeni nəqliyyat-kommunikasiya, loqistika, enerji, neft-qaz sahəsində nəhəng, iri miqyaslı layihələrinin həyata keçirilməsidir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, güclənəcək, xalqımızın həyatı firavan olacaq".