Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşdı

Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşdı
Bu gün, 15:18 63 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində artım qeydə alınıb.
bazar mənbələrinin məlumatına əsasən, "Azeri Light" markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 2,41 ABŞ dolları (2,63 faiz) bahalaşaraq 93,91 ABŞ dollarına yüksəlib.
Hərracların yekununa görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 87,01 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir barelinin qiyməti də 2,42 ABŞ dolları və ya 2,76 faiz artaraq 89,99 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" markalı neft üzrə ən aşağı qiymət 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiymət isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI