Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

2 İyul – Dövlətə sədaqətin, qanuna xidmətin və təhlükəsizliyin rəmzi

2 İyul – Dövlətə sədaqətin, qanuna xidmətin və təhlükəsizliyin rəmzi
Dünən, 22:46 140 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Cəmiyyətin təhlükəsizliyini qorumaq, qanunun aliliyini təmin etmək və vətəndaşların hüquq və azadlıqlarını müdafiə etmək polis peşəsinin ən ali missiyasıdır. Bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirən Azərbaycan Polisi artıq bir əsrdən çoxdur ki, dövlətçiliyimizin möhkəmləndirilməsinə və ictimai sabitliyin qorunmasına əvəzsiz töhfələr verir.
2 iyul tarixi Azərbaycan Polisi Günü kimi təkcə peşə bayramı deyil, həm də Vətənə sədaqətin, xalqa xidmətin və yüksək məsuliyyət hissinin təntənəsidir. Polis əməkdaşları hər gün həyatlarını riskə ataraq cinayətkarlığa qarşı mübarizə aparır, ictimai asayişi təmin edir, insanların təhlükəsiz və rahat yaşaması üçün yorulmadan çalışırlar. Onların xidməti cəsarət, qətiyyət, vicdan və peşəkarlıq tələb edən müqəddəs bir vəzifədir.
Müstəqil Azərbaycanın inkişafı ilə paralel olaraq daxili işlər orqanları da müasir dövrün çağırışlarına uyğun inkişaf etmiş, peşəkarlıq, operativlik və vətəndaş məmnuniyyəti prinsipləri əsasında fəaliyyətini daha da gücləndirmişdir. Bu gün Azərbaycan Polisi dövlətçiliyimizin etibarlı dayaqlarından biri olmaqla yanaşı, xalqın inamını qazanan mühüm hüquq-mühafizə institutudur.
Bu əlamətdar gündə Vətənin keşiyində ayıq-sayıq dayanan bütün polis əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, xidmətlərində yeni uğurlar arzulayırıq. Şəhid polis əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla anır, onların qəhrəmanlığını hər zaman minnətdarlıq hissi ilə yad edirik.
Qanunun keşiyində dayanan, cəmiyyətin təhlükəsizliyi naminə gecə-gündüz xidmət göstərən bütün polis əməkdaşlarının peşə bayramı – 2 İyul Azərbaycan Polisi Günü mübarək!

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI