Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Fon der Lyayen İlham Əliyevə Ermənistanla sülh haqqında: Siz öz şəxsi liderliyinizi nümayiş etdirdiniz

Fon der Lyayen İlham Əliyevə Ermənistanla sülh haqqında: Siz öz şəxsi liderliyinizi nümayiş etdirdiniz
Dünən, 22:42 65 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir.
bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.
"Mənim məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir", - Avropa Komissiyasının rəhbəri deyib.
O, həmçinin Azərbaycanı Ermənistanla sülh prosesinin nəticələri münasibətilə təbrik edib:
"Aİ Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir. Bu gün mən sizi tarixi sülh sənədini paraflamağınız münasibətilə təbrik etmək istərdim. Siz regionda sülhün bərqərar edilməsi üçün öz şəxsi liderliyinizi nümayiş etdirdiniz və bu, sabitliyə, etimada və birgə rifaha yol açır. Avropa İttifaqı bu sülh prosesini qətiyyətlə dəstəkləyir və biz bundan sonra da mümkün olan hər şeyi edəcəyik. Biz sülhə kağız üzərində deyil, reallıqda töhfə verməyə hazırıq və bu gün də, hər gün də bu istiqamətdə çalışmalıyıq".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI