Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan millisi Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurub

Azərbaycan millisi Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurub
Dünən, 22:44 90 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.
qitə birinciliyinin üçüncü yarış günündə daha 3 cüdoçumuz fəxri kürsüdə yer alıb.
Ömər Axundov (-90 kq) finalda Litva idmançısı Tayus Babayçenkoya məğlub olaraq gümüş medala layiq görülüb. 81 kq çəki dərəcəsində çıxış edən Ayxan Həsənli və Yaqub Məmmədov isə yarışı bürünc medalla tamamlayıblar.
Daha əvvəl Zəhra Quliyeva (-40 kq) və Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) və Sadiq Məmmədov (-73 kq) gümüş, İbrahim Talıbov (-55 kq), Könül Eyvazlı (-48 kq) və İlkin Qarayev (-66 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, sabah turnirin son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə qarşılaşacaq.

Qalereya

Azərbaycan millisi Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurub
Azərbaycan millisi Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurub
Azərbaycan millisi Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurub
Azərbaycan millisi Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurub


Azərbaycan millisi Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurubAzərbaycan millisi Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurub

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI