Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident: COP29 kimi WUF13 də uğurla təşkil edilib

Prezident: COP29 kimi WUF13 də uğurla təşkil edilib
21-05-2026, 22:05 103 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) da uğurla təşkil edilib.
bu barədə Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edərkən bildirib.
Dövlət başçısı WUF13-ün keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini deyib.
WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğulayıb.
Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulandı. İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlanıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI