Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib

Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib
22-10-2025, 01:45 228 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə "Orta dəhlizin inkişafı" (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.
Azərbaycanın və Qazaxıstanın dövlət başçılarına layihə barədə məlumat verildi.
Qeyd edildi ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulandı ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.
Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verildi.

Qalereya

Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib
Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib
Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib
Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib
Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib


Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilibAstanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilibAstanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI