Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Şuşa şəhərinə yola salındı

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Şuşa şəhərinə yola salındı
25-05-2024, 08:12 231 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Şuşa şəhərinə növbəti köç karvanı Bakıdan yola düşüb.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu mərhələdə 32 ailə - 125 nəfər doğma yurduna qovuşacaq.

06:33
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınır.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Bu mərhələdə Şuşa şəhərinə 32 ailə - 125 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI