Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək
Dünən, 16:52 98 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Baş prokuror Kamran Əliyev avqustun 4-də saat 10:00-da Nəsimi rayon prokurorluğunun inzibati binasında vətəndaş qəbulu keçirəcək.
bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Kamran Əliyev rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nəsimi rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşlar qəbulla bağlı Nəsimi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44nömrəli telefonları, [email protected] poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI