Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

23 iyul 2026-cı il tarixində "LIBRAFF”ın Park Akademiya filialında uşaqlarla səmimi bir görüş keçirildi.

23 iyul 2026-cı il tarixində "LIBRAFF”ın Park Akademiya filialında uşaqlarla səmimi bir görüş keçirildi.
Dünən, 12:56 93 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Yay məktəbinin fəaliyyəti dövründə "Sübhnur" tədris mərkəzinin təşəbbüsü ilə "3 Alma" nəşriyyatının meneceri Arzu Cəfərovanın təqdimatında "Banin. Narazı Kirpi" kitabının oxunuşu və müzakirəsi oldu.
 "Sübhnur" tədris mərkəzinin rəhbəri Gülnarə Hüseynova qonaqları salamlayaraq, bu görüşü məhz 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqələndirdi; dilimizin zənginliyindən və əhəmiyyətindən uşaqlara söz açdı. Tədbirdə "Ponny School" mərkəzinin rəhbəri, müəllimləri və şagirdləri də iştirak edirdilər. Görüşdə kitaba və mütaliəyə həvəsin uşaqlara təbliğ olunması istiqamətində geniş fikir mübadiləsi aparıldı.
Tədbirdə iştirak edən fəxri qonaqlardan BDU-nun professoru Camal müəllim, baş redaktor Kamran Orucov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-yazıçı Aytəkin Mehmanlı, "Kövsər" tədris mərkəzinin rəhbəri, gənc yazar Gülnar Nəzirli və istedadlı şagirdlərin çıxışları dinlənildi. Bu cür maarifləndirici və ibrətamiz tədbirlərin keçirilməsi təqdirəlayiqdir.
Sonda "LIbRAFF" və "3 Alma" nəşriyyatından bütün iştirakçı uşaqlara kitablar hədiyyə olundu və xatirə şəkli çəkdirildi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI