Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sumqayıt Bələdiyyəsinin Uğurlu Maliyyə Nəticələri və Vergi Gəlirlərinin Artımına Töhfəsi

Sumqayıt Bələdiyyəsinin Uğurlu Maliyyə Nəticələri və Vergi Gəlirlərinin Artımına Töhfəsi
Bu gün, 19:39 0 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

2026-cı ilin birinci yarımilinin nəticələri göstərir ki, ölkə üzrə bələdiyyə büdcələrinin gəlirlərinin strukturunda vergi gəlirlərinin xüsusi çəkisi rekord həddə – 64 faizə yüksəlib. Bu göstərici 2023-cü illə müqayisədə 22 faiz bəndi artım deməkdir və son illərdə həyata keçirilən islahatların, səmərəli maliyyə idarəçiliyinin və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinin uğurlu nəticəsidir.
Bu uğurun əldə olunmasında Sumqayıt Bələdiyyəsinin də mühüm payının olması xüsusi qürur hissi doğurur.
Son illər ərzində həyata keçirilən sistemli işlər, vergi uçotunun təkmilləşdirilməsi, elektron idarəetmənin tətbiqi, vergi ödəyiciləri ilə aparılan maarifləndirmə tədbirləri və peşəkar komanda işi nəticəsində Sumqayıt Bələdiyyəsi ölkə üzrə bələdiyyə gəlirlərinin artırılmasına əhəmiyyətli töhfə verən bələdiyyələrdən birinə çevrilmişdir.
Əldə olunan bu nəticələr göstərir ki, düzgün strategiya, şəffaf idarəetmə və məqsədyönlü fəaliyyət yerli özünüidarəetmənin maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bu isə öz növbəsində şəhərlərdə abadlıq-quruculuq işlərinin, sosial layihələrin və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Bu uğurun bir parçası olmaq, Sumqayıt Bələdiyyəsinin bu ümumi nəticəyə verdiyi töhfəni görmək bizim üçün böyük qürur və eyni zamanda daha böyük məsuliyyətdir. Qarşıdakı dövrdə də əldə olunan nailiyyətləri qorumaq və daha yüksək nəticələrə imza atmaq üçün fəaliyyətimizi eyni əzmkarlıqla davam etdirəcəyik.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI