Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Komitə sədri Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

Komitə sədri Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb
Bu gün, 19:12 3 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak məqsədilə Daşkənddə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov iyulun 7-də Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Dini və Maarifçilik Məsələləri şöbəsinin müdiri Müzəffər Kamilov ilə görüşüb.
bu barədə DQİDK-dan bildirilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlıq münasibətlərinin hər iki ölkə rəhbərinin siyasi iradəsi və ardıcıl səyləri nəticəsində dinamik inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında bütün istiqamətlərdə olduğu kimi, dini sahədə də əlaqələr genişlənir və qarşılıqlı etimada, ortaq tarixi-mədəni dəyərlərə əsaslanan bu münasibətlər nümunəvi xarakter daşıyır.
Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün türk dünyasında dini sahədə institusional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Görüşün yekununda qəbul olunmuş Kommünikenin birgə fəaliyyətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üçün zəmin yaratdığı ifadə olunub.
Azərbaycan və Özbəkistanın müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, habelə dini maarifləndirmə sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyevin də iştirak etdiyi görüşdə I Beynəlxalq İslam Sivilizasiyası Forumunun İslam sivilizasiyasının zəngin irsinin təbliği, maarifçilik ənənələrinin təşviqi, eləcə də mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Qalereya

Komitə sədri Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb
Komitə sədri Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb
Komitə sədri Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb
Komitə sədri Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb


Komitə sədri Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşübKomitə sədri Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI