Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiyadan Ermənistana göndərilən propan və gübrə Biləcəridən yola salındı

Rusiyadan Ermənistana göndərilən propan və gübrə Biləcəridən yola salındı
Bu gün, 21:43 2 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
14 vaqonda ümumi çəkisi 470 ton olan propan və 5 vaqonda ümumi çəkisi 339 ton olan gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
*** 12:20
Bu gün Azərbaycandan tranzit keçməklə 14 vaqon propan, 5 vaqon gübrə Rusiyadan Ermənistana göndəriləcək.
bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI