VETENİM-AZERBAYCANDİR.AZ
26 İyun 2026-cı il tarixdə Dilarə Nağıyevanın rəhbərlik etdiyi Ağa Musa Nağıyev adına MDQ *"Milli Dəyərlərin Qorunması* İctimai Birliyinin" təşkilatçılığı ilə *Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları* Təşkilatının inzibati binasında Silahlı Qüvvələr gününə həsr olunmuş *“Zəfər tarixi yazmış şanlı Milli Ordumuz”__* adli
tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan olunub, ilk olaraq Vətən uğrunda canindan kecmiş Şəhdlerimizin 1dq sukutla yad edilib
Tədbirin Moderatoru Əməkdar artist Cəlal Məmmədov giriş nitqi ilə çıxış edib. Ordunun yaranması və İnkişafı ilə bağlı geniş məlumat verilib. Ali Baş Komandanın və Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq haqqında söhbət açılıb.
Sonra Ağa Musa Nağıyev adına Milli Dəyərlərin Qorunması İctimai Birliyin rəhbəri hörmətli Dilarə Nağıyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda gördüyü mühüm işlərdən və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ordu ilə bağlı qətiyyətli addımlarından və 44 günlük Vətən müharibəsində qazanılan qələbə haqqında geniş məruzə edib.
Sonra tədbirin təşkilatçısı Ağa Musa Nağıyev adına Milli Dəyərlərin qorunması İctimai Birliyin "Mədəniyyət işləri üzrə departamentin rəhbəri" ve tədbirin təşgilatcisi Elnarə Rzaquliyeva çıxış edərək Vətənpərlik ruhunda bəstələnmiş yeni *"Bütöv Azərbaycan"* adlı əsərini təqdim edib. Mahnıdan sonra isə Silahlı qüvvələr günü münasibətilə bütün ordumuzu təbrik etmiş və Azərbaycan ordusunun keçdiyi şərəfli tarixi döyüş yolundan, yarali halda xudayar təsnifi avazilə hec vaxt, yaddaşlardan silinməyən Azərbaycan əsgərinin böyük şucayətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən,
Birinci vitse-prezident Mehriban Əliyeva haqqinda və milli maraqlardan ve dəyərlərdən geniş çıxış etmişdir.
Tədbirdə həmçinin Dövlət resmiləri, şəhid anaları, qazilər, ictimai-siyasi xadimlər, mədəmiyyət işciləri və fəxri qonaqlar iştirak etmişdir. Şəhid Analarına dəstək İctimai birliyin sədri, 2026-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək şəhid analarının bu gün həqiqətən qürurlu olduğunu, Ordumuzla, Dövlətimizlə, Ali Baş Komandamızla fəxr etdiyini vurğulayıb. Şəhid Analarına nə qədər ağır olsa da səbr, dözüm arzu edib.
Daha Sonra "Azərbaycan-Ukrayna Aliyansının" sədri Elmar Mamedov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda gördüyü mühüm işlərdən söhbət açıb. 1990-cı illərdə ölkədə xaosun,özbaşınalığın qətiyyətlə qarşısının alınması və orduda islahatların aparılması, həmçinin orduda yeni kadrların yetişdirilməsi üçün xarici ölkələrə təhsil almaq üçün göndərilən gənclərin bu gün orduda xidməti və torpaqların azad olunması yolunda göstərlən qəhrəmanlıq haqqında geniş çıxış edib. Həmçinin Müstəqil Azərbaycanın qarantı, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 44 günlük müharibədə Diplomatik sahədə gördüyü mühüm işlər və orduya layiqli rəhbərliyi xüsusi vurğulanıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti Əməkdar artist, Niriyyə Hüseynova 44 günlük muharibədə Ailesilə birlikde iştrakindan ve umumilikdə milli maraqlar haqqinda cixiş edib .
Tədbirdə "Emedia Group Media" təşkilatının sədri Elşən Əliyev də çıxış edərək Ordumuzu təbrik edib. Ordu quruculuğunda son illərdə görülən işlərdən və qələbəmizdən söhbət açıb.
Daha sonra 44 günlük Vətən Müharibəsində böyük sücaət göstərən, hər iki ayağını döyüş meydanında itirən Qazi Taleh Camalov çıxış edərək Müharibə vaxtı özünün və döyüş yoldaşlarının keçdiyi şərəfli yol haqqında danışıb. Cənab Prezident İlham Əliyevin Qazilərə və Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Şəhid İsmayılov Rövşən Məmmədağa oğlunun anası Təranə xanım da tədbirdə çox böyük qürur hissə ilə çıxış edib. Çünki bu günlərdə Cənab prezident tərəfindən oğlu 3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif olunub. Vurğulayıb ki, şəhidlərə və onların ailə üzvlərinə diqqət və qayğıya görə bütün şəhid ailə üzvləri adından cənab Prezident İlham Əliyevə və 1-ci vitse Prezident Mehriban Əliyevaya təşəkkür edirik.
Tədbir Dilarə Nağıyevanın yekun nitqi ilə başa çatıb. Sonda Elnarə Rzaquliyeva Təşkilatın fəxri fərmanı "Ağamusa zirvəsi" Diplomu ile ilə təltif olunub.


