Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

22:11 - Silahlı Qüvvələr gününə həsr olunmuş *“Zəfər tarixi yazmış şanlı Milli Ordumuz”__* adli tədbir keçirilib.

15:24 - “Şəhid və Müharibə Veteranlarının Qadın Ailə Üzvləri üçün Sahibkarlıq Kursları” layihəsinə start verildi.

15:21 - Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib

15:16 - Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

15:15 - TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər

15:14 - Nazir komandiri işdən çıxardı

15:13 - Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüf deyil

15:11 - Prezident: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır

15:09 - İlham Əliyev: Türk Dünyası Həftəsinin Azərbaycanın TDT sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası var

15:08 - Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər

16:08 - Bəhreyn İranın hücumuna görə BMT TŞ-nin təcili iclasını çağırıb

16:07 - Azərbaycandan tranzit keçməklə Ermənistana 770 ton buğda göndərilib

16:06 - Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

01:23 - Bakıda "UFC Fight Night" turniri başa çatdı

01:22 - "UFC Fight Night Baku": Rafael Fiziyev əsas döyüşdə nokautla qələbə qazandı

“Şəhid və Müharibə Veteranlarının Qadın Ailə Üzvləri üçün Sahibkarlıq Kursları” layihəsinə start verildi.

“Şəhid və Müharibə Veteranlarının Qadın Ailə Üzvləri üçün Sahibkarlıq Kursları” layihəsinə start verildi.
Bu gün, 15:24 131 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

“Gəncə Sahibkar Qadınlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şəhid və Müharibə Veteranlarının Qadın Ailə Üzvləri üçün Sahibkarlıq Kursları” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi şəhid və müharibə veteranlarının qadın ailə üzvlərinin sosial fəallığının artırılması, psixoloji dayanıqlığının gücləndirilməsi və iqtisadi müstəqilliyinin dəstəklənməsidir. Eyni zamanda, iştirakçıların milli dəyərlərə əsaslanan yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, mikro sahibkarlıq fəaliyyətinə cəlb olunması və cəmiyyətə daha fəal inteqrasiyasına şərait yaradılması nəzərdə tutulur.
Layihə çərçivəsində 25 nəfər qadın üçün psixoloji-motivasiya təlimləri, mikro sahibkarlıq üzrə maarifləndirici sessiyalar və milli dəyərlərə söykənən yaradıcılıq bacarıqlarının inkişafına yönəlmiş praktiki məşğələlər təşkil ediləcək. Təlim proqramı iştirakçıların şəxsi potensialının üzə çıxarılmasına, özünəinam hissinin gücləndirilməsinə və gələcəkdə gəlir gətirən fəaliyyət sahələri yaratmalarına dəstək verməyi hədəfləyir.
Layihənin yekununda iştirakçı qadınların hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunacaq. Sərgi onların yaradıcılıq məhsullarının nümayişi ilə yanaşı, satış və təqdimat bacarıqlarının inkişaf etdirilməsi üçün də əlverişli imkan yaradacaq. Bununla yanaşı, iştirakçılar layihə müddətində psixoloji dəstək alacaq, yeni bilik və bacarıqlar əldə edərək cəmiyyətə inteqrasiyalarını daha da gücləndirəcəklər.
“Gəncə Sahibkar Qadınlar” İctimai Birliyi hesab edir ki, layihə şəhid və qazi ailələrinin qadın üzvlərinin sosial rifahının yaxşılaşdırılmasına, onların iqtisadi imkanlarının genişləndirilməsinə və cəmiyyət həyatında daha fəal iştirakına mühüm töhfə verəcəkdir.

Həyata keçirən təşkilat: “Gəncə Sahibkar Qadınlar” İctimai Birliyi
Layihə: “Şəhid və Müharibə Veteranlarının Qadın Ailə Üzvləri üçün Sahibkarlıq Kursları”
Dəstəkçi qurum: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI