Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Credence Group dörd ildə Azərbaycanın biznes tədbirləri sektorunda aparıcı təşkilatçılardan birinə çevrilib

Credence Group dörd ildə Azərbaycanın biznes tədbirləri sektorunda aparıcı təşkilatçılardan birinə çevrilib
Dünən, 22:03 172 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycanda biznes tədbirlərinin təşkili və peşəkar networking platformalarının formalaşdırılması istiqamətində fəaliyyət göstərən Credence Group artıq dörd ildir ki, ölkənin biznes ekosisteminə töhfə verir.

Şirkət fəaliyyətə başladığı gündən etibarən korporativ tədbirlər, biznes forumları, konfranslar, zirvə görüşləri, sahibkar platformaları və networking layihələrinin təşkilini həyata keçirərək müxtəlif sahələri təmsil edən biznes nümayəndələrini vahid platformada bir araya gətirib.

Bu müddət ərzində Credence Group ölkənin biznes mühitində mühüm əhəmiyyət kəsb edən bir sıra layihələrə müəlliflik edib. Onların sırasında Azərbaycan Sahibkar Qadınların  I Qurultayı, Zəfər Zəfəri layihəsi, Comelson Business Forum, eləcə də yüzlərlə sahibkarın iştirak etdiyi Khazar Networkıng Breeze tədbiri  kimi silsilə networking tədbirləri yer alır.

Şirkətin əsas fəaliyyət istiqamətlərindən biri sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması və sağlam biznes mühitinin inkişafına dəstək verməkdir. Bu yanaşma Credence Group-u qısa müddətdə biznes ictimaiyyətinin etimadını qazanan təşkilatlardan birinə çevirib.

Credence Group-un təsisçisi və rəhbəri Mehparə Mərdanzadə hesab edir ki, müasir dövrdə uğurlu biznes yalnız keyfiyyətli məhsul və ya xidmətlə deyil, həm də güclü əlaqələr və etibarlı əməkdaşlıq mühiti ilə formalaşır. Məhz bu prinsiplə həyata keçirilən layihələr nəticəsində minlərlə sahibkar, şirkət rəhbəri və müxtəlif sahələrin peşəkarları yeni tərəfdaşlıqlar qurmaq imkanı əldə edib.

Bu gün Credence Group-un təsisçisi və rəhbəri Mehparə Mərdanzadə doğum gününü qeyd edir. Onun rəhbərliyi ilə şirkət son dörd ildə Azərbaycanın biznes tədbirləri sektorunda özünəməxsus mövqe formalaşdıraraq peşəkar təşkilatçılığı, innovativ yanaşması və biznes cəmiyyətinin inkişafına verdiyi töhfələrlə tanınır.

Credence Group qarşıdakı illərdə də yerli və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, sahibkarların inkişafına xidmət edən yeni layihələrin həyata keçirilməsi və Azərbaycanın biznes tədbirləri sənayesinin inkişafına töhfə vermək missiyasını davam etdirməyi qarşısına məqsəd qoyub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI