Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ASQİB-Yasamal r/n şöbəsinin təlimi

ASQİB-Yasamal r/n şöbəsinin təlimi
Bu gün, 14:14 79 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı yüksək səviyyədədir. Qadın sahibkarlığına da xüsusi diqqət göstərilir…

ASQİB artıq 26 ildir fəaliyyət göstərir və sıralarında 10 000-dən çox sahibkar qadınları birləşdirir. Birliyin rayon şöbələri də yaradılır, məqsəd bölgələrdə olan gənc qızlara sahibkar olmağın yolları öyrətməkdir.

Qubada, Xaçmazda, Ağdaşda, Gəncədə, Sabunçuda, Yasamalda və s. artıq şöbələr fəaliyyətə başlamışlar.

Bu günlərdə Yasamal rayon şöbəsinin sədri Aidə Nəsirovanın təşəbbüsü ilə sahibkar qadınlarla təlim-seminar keçirildi.

“Hobbidən uğurlu sahibkarlığa doğru” adlanan seminarda Aidə xanım sahibkarlığa gəlməyin yolları haqqında ətraflı məlumat verdi.

ASQ Birliyinin sədr müavini Yasəmən Möhübbətqızı belə seminarların əhəmiyyətli olduğunu deyərək, digər rayonlarda da belə təlimlərin keçirilməsini məqsədəuyğun saydı.

ASQ Birliyinin Mətbuat katibi Kamran Orucov da, bu təşəbbüsə uğurlar arzuladı.

Təlimdə fəal iştirak edənlərə sertifikatlar verildi. Sonra xatirə şəkli çəkildi.

ASQİB Mətbuat Mərkəzi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI