Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi

Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
Bu gün, 19:52 6 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cənazələri Azərbaycana gətirilib.
onların nəşləri bu dəqiqələrdə Yalama Sərhəd-Keçid Məntəqəsindən ölkəmizə keçirilib. Cənazələr bu gün ailələrinə təhvil veriləcək və dəfn mərasimi keçiriləcək.
Xatırladaq ki, iyunun 5-də gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb.
Hər iki gəmidə olan və sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü isə dünən axşam saatlarında ölkəyə gətiriliblər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI