Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İslam Əməkdaşlıq Təşkilatı Simulyasiya Konfransı keçirildi.

İslam Əməkdaşlıq Təşkilatı Simulyasiya Konfransı keçirildi.
Bu gün, 01:19 172 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

İslam Əməkdaşlıq Təşkilatı Simulyasiya Konfransı uğurla başa çatdı! “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə “İslam Əməkdaşlıq çərçivəsində Uşaq Hüquqlarının Gücləndirilməsi” mövzusunda İslam Əməkdaşlıq Təşkilatı Simulyasiya Konfransı keçirildi. Layihənin açılışında İctimai Birliyin sədri Misir Məmmədov iştirakçıları salamlayaraq simulyasiyanın əhəmiyyətindən bəhs etdi və iştirakçılara uğurlar arzuladı. O, bu cür təşəbbüslərin məktəblilərin liderlik, diplomatiya və əməkdaşlıq bacarıqlarının inkişafına mühüm töhfə verdiyini vurğuladı. Simulyasiyada 24 İslam ölkəsini təmsil edən iştirakçılar uşaq hüquqlarının gücləndirilməsi istiqamətində müzakirələr apararaq öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Müzakirələrin yekununda iştirakçılar tərəfindən mövzu üzrə təklif və təşəbbüsləri özündə əks etdirən qətnamə sənədi hazırlanaraq qəbul edildi. Konfransın sonunda bütün iştirakçılar sertifikatlarla təltif olundu, həmçinin “Ən yaxşı nümayəndə”, “Ən yaxşı debatçı” və “Ən yaxşı debütant” nominasiyaları üzrə fərqlənən 3 iştirakçı mükafatlandırıldı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI