Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xersonla Krımlı birləşdirən körpü DAĞIDILIB

Xersonla Krımlı birləşdirən körpü DAĞIDILIB
10-06-2026, 20:00 88 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Ukrayna Xerson vilayətini işğal altında olan Krımla birləşdirən Çonqar körpüsünün tamamilə istifadədən çıxarıldığını açıqlayıb.
bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko teleqram kanalında paylaşım edib.
"Çonqar körpüsü tamamilə məhv edilib", – deyə o bildirib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin 1-ci əlahiddə hücum alayı iyunun 9-na keçən gecə FP-2 tipli pilotsuz uçuş aparatları ilə körpüyə yenidən zərbə endirib. Bildirilir ki, nəticədə körpü tamamilə sıradan çıxıb və Ukraynanın materik hissəsi ilə işğal altındakı Krım arasında əsas logistika marşrutu bağlanıb.
Qeyd olunub ki, körpü ilk dəfə iyunun 7-də zədələnmiş, həmin vaxt yolun bir hissəsi dağıdılmışdı.
Ukrayna tərəfinin iddiasına görə, Rusiya ordusu Çonqar körpüsündən Krımdan cənub cəbhəsinə hərbi texnika və sursat daşınması üçün istifadə edirdi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI