Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
Bu gün, 14:07 5 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır.
ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır.
Bu tədris ilində Azərbaycanda 116 550 şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596-sı isə oğlandır.
İşğaldan azad edilmiş ərazilərdə yerləşən 11 təhsil müəssisəsində bu il ilk dəfə "Son zəng" çalınacaq. Ümumilikdə isə həmin ərazilərdə 25 ümumi təhsil müəssisəsində "Son zəng" tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.
Xatırladaq ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son zəng" tədbiri iyunun 14-nə düşsə də, həmin tarix bazar gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçirilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI