Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

SDU və UNEC tədqiqatçılarının birgə elmi məqaləsi yüksək indeksli bazalarda

SDU və UNEC tədqiqatçılarının birgə elmi məqaləsi yüksək indeksli bazalarda
Bu gün, 16:03 87 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

17-19 İyun 2026 tarixində Milli Aviasiya Universiteti və Türkiyənin İstanbulda yerləşən Piri Rəis Universitetinin birgə təşkilatçılığı ilə elmi simpozium keçirilir. Konfransın tərəfdaşları Abu Dhabi Universiteti, Eskişehir Universiteti, İzmir Texnnologiyalar İnstitutu, Azərbaycan Dövlət Gəmiçilik Akademiyası və AZTU-dur. Simpozimdaiştirak üçün təqdim edilən məqalələr Scopus və Springer kimi nüfuzlu data bazalara daxil edilməsi üçün qəbul edilmişdir.
17 iyun tarixində Sumqayıt Dövlət Universitetinin Tarix, coğrafiya və metodika kafedrasının dosenti tarix üzrə fəlsəfə doktoru Samirə Məmmədova, Xəzər Universitetinin müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) doktorantı Elvin Əliyev də konfransda “Sustainable Urban Transportation and Social Development: Policy Implications for Azerbaijan” mövzusunda təqdimatla çıxış ediblər.
Məqalə təqdim etmək istəyən hər bir tədqiqatçı üçün bu simpozium beynəlxalq elmi mühitdə nəticələrin təqdim olunması, təhsil müəssisələrinin reytinqinin yüksəlməsi, yeni əməkdaşlıqların qurulması və müvafiq sahəsində aktual problemlərin müzakirəsi baxımından əhəmiyyətli platforma hesab olunur.
 
Ş.N.Kamilli
Mykolas Romeris Universiteti, Vilnius.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI