Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Münasibətilə

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Münasibətilə
17-06-2026, 11:41 275 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

17 İyun, Azərbaycan səhiyyəsinin hər gün daha da gücləndiyini, xalqımızın sağlamlığı keşiyində dayanan qəhrəman tibb işçilərinin peşə bayramıdır. Bu bayram, canlarını fəda edərək insanların həyatını xilas edən, sağlamlığı qoruyan həkimlərin, tibb bacılarının və bütün tibb heyətinin xidmətlərini yüksək qiymətləndirmək, onlara minnətdarlıq bildirmək üçün bir fürsətdir.
Sumqayıt Hospital MMC-nin fədakar kollektivi də bu bayramı yüksək coşqu ilə qeyd edir. Hospitalımızın hər bir əməkdaşı – həkimlərdən tibb bacılarına, laborantlardan inzibati işçilərə qədər – hər kəs xalqımızın sağlamlığı naminə səylərini əsirgəmir.
Təbriklərə rəhbərlik də qoşularaq, kollektivin fədakarlığını yüksək qiymətləndirdiyini bildirir: "Mən Sumqayıt Hospital MMC-nin bütün kollektivini Tibb İşçilərinin Peşə Bayramı münasibətilə təbrik edirəm. Hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və çətin, lakin şərəfli işinizdə uğurlar arzulayıram."
Hospitalın baş həkimi öz təbrikində tibb bacılarının əhəmiyyətini vurğulayıb: "Tibb bacıları səhiyyə sisteminin ən vacib bəndlərindən biridir. Onlar xəstələrin ən yaxın köməkçiləri, həkimlərin sağ əlidir. Bu şərəfli peşədə çalışan bütün tibb bacılarını təbrik edir, onlara gələcək fəaliyyətlərində daha da böyük uğurlar arzulayıram."
Peşə Bayramınız mübarək olsun, hörmətli tibb işçiləri!

Kamran Orucov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI