Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kor Ming Miga: "WUF13-də mənzil məsələsi əsas gündəmdir"

Kor Ming Miga: "WUF13-də mənzil məsələsi əsas gündəmdir"
17-05-2026, 14:51 106 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

"WUF13-də olmaq mənim üçün böyük məmnunluq və şərəfdir. WUF13 ərzində bizi çoxlu uğurlar gözləyir".
bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Malayziyanın Mənzil və Yerli İdarəetmə naziri Kor Ming Miga deyib. 
O bildirib ki, bu gün mühüm olan qlobal urbanizasiya gündəliyidir:
"Azərbaycanı bu önəmli beynəlxalq toplantıya uğurla ev sahibliyi etdiyinə görə təbrik etmək istəyirik. Burada yerli idarəetmə rəhbərləri, peşəkarlar, akademiklər, sənaye nümayəndələri və nazirlər bir araya gəliblər.
Siyasət müəyyən edən şəxslər olaraq, bu WUF13 toplantısı vaxtında keçirilir. Bu il əsas mövzu kimi "Dünyanı Mənzillə Təmin Etmək, Dayanıqlı və Dözümlü Şəhərlər Qurmaq" seçilib". 
"Dünya sürətli urbanizasiya prosesi yaşayarkən, biz həmişə yadda saxlamalıyıq ki, heç bir insan və heç bir məkan diqqətdən kənarda qalmamalıdır. Buna görə də, bu WUF13-də mənzil məsələsi əsas gündəmdir. Yetərli və əlçatan mənzil təminatı olduqca vacibdir" - deyə o əlavə edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI