Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və qurumun digər əməkdaşları ulu öndər Heydər Əliyevin məzərını ziyarət ediblər. Eyni zamanda, Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət edərək ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Həmçinin, maliyyə naziri Sahil Babayev və qurumun digər əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və qurumun digər əməkdaşları ulu öndərin məzarını ziyarət ediblər.
***12:02 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə güllər düzüb.
Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anadan olmasının 103-cü ildönümündə hörmətlə anılır. hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
***10:45 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, general-leytenant İlqar Musayev və xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
***09:53 Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. bununla əlaqədar dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Onların arasında Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının (PA) rəhbəri Samir Nuriyev və Azərbaycan Prezidentinin köməkçisi - PA-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də olub. Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.