Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Azərbaycan Sahibkar Qadınlar" və "Zəfər Yolu" İctimai birliklərinin təşkilatçılığı ilə Uğurlu Gənclərlə görüş keçirilib

"Azərbaycan Sahibkar Qadınlar" və "Zəfər Yolu" İctimai birliklərinin təşkilatçılığı ilə Uğurlu Gənclərlə görüş keçirilib
3-02-2025, 14:29 205 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​2 fevral – Gənclər Günü münasibətilə "Azərbaycan Sahibkar Qadınlar" (ASQİB) və "Zəfər Yolu" İctimai birliklərinin birgə təşkilatçılığı ilə Uğurlu Gənclərlə görüş baş tutub.

Tədbiri açıq elan edən ASQİB-in sədri Zemfira Ağayeva ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, həyata keçirilən gənclər siyasətindən bəhs edib. O, eyni zamanda iştirakçılarla onların fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi apararaq, gələcək işlərində uğurlar arzulayıb. Daha sonra "Zəfər Yolu" İctimai Birliyinin sədri Pərvanə Abdullayeva çıxış edərək, gənclərin cəmiyyətin inkişafındakı roluna toxunub.

Tədbirdə, həmçinin Qida Təhlükəsizliyi İnstitutunun Xidmətlərin Təşkili Departamentinin baş mütəxəssisi Sona Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Könül Qocayeva, "Vətənim-Azərbaycandır" saytının baş redaktoru və təsisçisi Kamran Orucov çıxış ediblər. Natiqlər gənclərin fəaliyyəti ilə yaxından tanış olub, onların uğurları və gələcək planları ətrafında müzakirələr aparıblar.

Görüşün sonunda gənclər qonaqlar tərəfindən "Təbriknamə" ilə təltif edilib. Tədbir çay süfrəsi və xatirə fotosu çəkilməsi ilə yekunlaşıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI