Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

NİDA XƏBƏR Bunlar da artıq dövlət sirridir - Prezidentdən FƏRMAN

NİDA XƏBƏR Bunlar da artıq dövlət sirridir - Prezidentdən FƏRMAN
25-01-2025, 01:20 166 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

"Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişiklik edilib.
bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.
Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI