Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Hikmət Hacıyev Türkiyə səfirini qəbul edib

Hikmət Hacıyev Türkiyə səfirini qəbul edib
25-01-2025, 01:13 128 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyətinin başa çatması münasibətilə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib.
Bu barədə türkiyəli diplomat "X" hesabında bildirib.
"Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevlə vidalaşdıq. Diplomatik fəaliyyət müddətim boyunca ən çox təmasda olduğum Hikmət bəylə işğaldan azad edilən azad Qarabağın hər bir guşəsində birlikdə olduq. Dörd il boyunca ən sıx ziyarət etdiyim 602 nömrəli otaqda uzun görüşlərimiz və məsləhətləşmələrimiz oldu. Daima səmimi və açıq yanaşma, yaxın əməkdaşlıq və çalışmalarımıza vermiş olduğu dəyərli töhfələr üçün təşəkkür edirəm", - səfir qeyd edib.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI