Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan nümayəndə heyəti Antalyada keçirilən beynəlxalq sammitdə uğurla təmsil olunub*

Azərbaycan nümayəndə heyəti Antalyada keçirilən beynəlxalq sammitdə uğurla təmsil olunub*
Bu gün, 13:28 185 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

15-18 iyun tarixlərində Türkiyənin Antalya şəhərində nüfuzlu "Global Phoenix Summit" (Zirvədəki Ankalar) beynəlxalq biznes və əməkdaşlıq platforması çərçivəsində Dünya Sahibkar Qadınların Sammiti keçirilib.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin xüsusi dəvəti ilə ölkəmizi bu mötəbər tədbirdə Sahibkar Qadınlar İctimai Birliyinin (ASQİB) sədri Zemfira Ağayeva və birliyin üzvü olan 6 xanım sahibkardan ibarət geniş nümayəndə heyəti təmsil edib. Sammitdə eyni zamanda "Skal Baku" klubunun prezidenti Ceyhun Aşurov və "Caspi Med Life" şirkətinin direktoru Anar Məmmədov da iştirak edərək ölkəmizin turizm potensialını diqqətə çatdırıblar.

Dünyanın 25 müxtəlif ölkəsindən rəsmilərin, dövlət nümayəndələrinin, investorların və iş adamlarının bir araya gəldiyi beynəlxalq platformada biznes əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm müzakirələr aparılıb. Sammitin ən qürurverici və yaddaqalan məqamlarından biri isə Azərbaycan Respublikasını təmsil edən xanım sahibkarların fəaliyyətinin xüsusi diqqətə layiq görülməsi və tədbir iştirakçıları tərəfindən yüksək ehtiramla qeyd olunması olub.

Zirvə çərçivəsində keçirilən ikitərəfli (B2B) görüşlərdə Azərbaycanın işgüzar qadınlarının potensialı, ölkəmizdə qadın sahibkarlığına göstərilən dövlət dəstəyi və beynəlxalq əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə edilib, yeni tərəfdaşlıqların təməli qoyulub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI