Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

XALQ YAZIÇISI OXUCULAR ARASINDA

XALQ YAZIÇISI OXUCULAR ARASINDA
15-05-2026, 18:40 190 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində adı çəkilən qurumun və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə Xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib. Tədbirdə şəhər ziyalıları, gənc yazarlar, tələbələr və ədəbiyyatsevərlər iştirak ediblər.

Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canını fəda etmiş vətən oğullarının xatirəsi anılıb və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirin moderatoru, yazıçı, ssenarist, kultroloq Hafiz Ataxanlı Çingiz Abdullayev yaradıcılığı, Azərbaycan və dünya ədəbiyyatındakı yeri, detektiv janrının xüsusiyyətləri barədə geniş məlumat verib. Çingiz Abdullayev oxucuların suallarını cavablandırıb, yaradıcılıq planlarından danışıb və gənclərə mütaliənin əhəmiyyətini tövsiyə edib.

Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Əməkdar müəllim Ofelya Babayeva, yazıçı Hümbət Həsənoğlu, şair İbrahim İlyaslı, “Riyakarın ifşası” kitabının redaktoru, filologiya üzrə fəlsəfə doktoru Təbəssüm Muxtarova, tərcüməçisi Munisə İsmayılova və başqaları çıxış edərək yazıçının Azərbaycan ədəbiyyatının tanıdılmasında mühüm rol oynadığını qeyd edib, belə görüşlərin gənclərin ədəbiyyata marağının artırılmasına xidmət etdiyini bildiriblər.

Məlumat üçün bildirək ki, Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində anadan olub. Hüquq təhsili alan yazıçı uzun illər hüquq-mühafizə orqanlarında çalışıb. O, əsasən siyasi-detektiv janrında qələmə aldığı əsərlərlə geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunub və dünyanın müxtəlif ölkələrində nəşr edilib. Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrə görə ona “Xalq yazıçısı” fəxri adı verilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib və müəllif kitablarını oxucular üçün imzalayıb.

İlhamə MƏHƏMMƏDQIZI

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI