Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Pezeşkian münaqişə başlayandan bəri ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Pezeşkian münaqişə başlayandan bəri ilk dəfə ictimaiyyət qarşısına çıxdı
14-03-2026, 00:50 139 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bu gün İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlara başlamasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Məlumata görə, Pezeşkian Tehranda "Qüds günü" adı altında keçirilən yürüşlərə qatılıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI