Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib

Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib
14-03-2026, 00:41 145 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib.
bu barədə qurumun "X" sosial səhifəsində məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib:
"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir".

***10:38
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.
bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi mənbələrə əsasən bildirib.
Qeyd olunur ki, hazırda düşən raketin qalıqlarına dair heç bir məlumat yoxdur: "Sosial mediada yayılan görüntülər raketin vurulma anını deyil, qalıqların atmosferə daxil olarkən yanmasını əks etdirir".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI