Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şəhid Rüfət Mustafayevin 30 illiyinə tədbir keçirilib

Şəhid Rüfət Mustafayevin 30 illiyinə tədbir keçirilib
11-03-2026, 22:47 333 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Sumqayıt Bələdiyyəsinin dəstəyi ilə martın 11-də Sumqayıt Muğam Mərkəzində Şəhid Rüfət Mustafayevin xatirəsinə tədbir təşkil olunub. Şairə Esmira Günəşin təşkilatçılığını və aparıcılığını etdiyi tədbirdə Sumqayıt Bələdiyyə İdarəsinin sədr müavini Orxan Adıgözəlzadə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndələri, Sumqayıt şəhər 24 saylı tam orta məktəbin, Sumqayıt şəhər 28 saylı tam orta məktəbin, İnternat tipli Gimnaziyanın, 8 saylı tam orta məktəbin, 29 saylı tam orta məktəbin, 25 saylı tam orta məktəbin, 7 saylı tam orta məktəbin, 26 saylı tam orta məktəbin, Qubadlı rayon İşıqlı kənd tam orta məktəbinin, Qubadlı rayon Xələc kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, 19 saylı və 26 saylı uşaq - körpələr evinin müəllim və şagirdləri, "Nice" rəqs dərnəyinin və Şəhid Rüfət Mustafayevin adına "Buta" rəqs dərnəyinin üzvləri, müğənni Arif Səlimov, qazilər və şəhid ailəkəri iştirak ediblər. Tədbir boyu şairə Esmira Günəşin şəhid Rüfət Mustafayevin xatirəsinə həsr etdiyi şeirləri səsləndirilib və onun şeirlərinə bəstələnmiş musiqilər təqdim olunub. Tədbirdə həmçinin şəhidin xatirəsinə həsr olunmuş videoçarxlarla yanaşı məktəblilər tərəfindən şəhidin həyatından bəhs edən tamaşalar da göstərilib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdıqdan sonra şairə Esmira Günəş şəhidin ailəsini ilə birlikdə Rüfət Mustafayevin məzarını ziyarət edib.
Qeyd edək ki, şairə Esmira Günəş şəhid Rüfət Mustafayev haqqında "Qəlbimizin zirvəsində yaşayan qəhrəman" və "Cənnətdən gələn hədiyyə" kitablarının müəllifidir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI