Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan qadını! Bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər

Azərbaycan qadını!     Bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər
9-03-2026, 23:21 201 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ


 Qadınlarsız cəmiyyət ola bilməz.Qadınsız həyat ola bilməz.Azərbaycan qadınlarıda artıq öz ağıllarına görə,zəkalarına görə,biliklərinə görə,istedadına görə,eyni zamanda gözəlliklərinə görə Dünya qadınlar içərisində özünəməxsuz və  çox yüksək bir yer tutub.Ona görə də biz öz qadınlarımızla fəxr edirik.Qadınlara indiyə qədər güvəndiyim kimi indidə güvənirəm,sabahda güvənəcəm.
Heydər Əliyev.

Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlarımız kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmiş, ailələrində də vəzifələrini layiqincə yerinə yetiriblər.  Həkimlik peşəsi böyük məsuliyyət və humanizm tələb edən sahədir. Qadın həkimlər insanların sağlamlığının qorunması istiqamətində böyük həvəslə   çalışırlar. Nümunəvi Azərbaycan qadını, gözəl ana, vəfalı ömür-gün yoldaşı, əsl ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyeva da öz adı ilə tibb elminə, Azərbaycan ziyalılıq ənənəsinə və humanist dəyərlərə əbədi möhür vurmuşdur. O, cəmiyyətə, xüsusilə qadınların elmə və ictimai həyata inteqrasiyası sahəsində də aktiv fəaliyyət göstərmiş, Azərbaycan qadınının müasir obrazının formalaşmasında mühüm rol oynamışdır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Bu Azərbaycan qadının unikallığıdır!  
Azərtbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri,  alim, milli mədəniyyətimizin dünyada tanınan hamisi Mehriban xanım Əliyeva özkreativliyi, müasir təfəkkürü ilə seçilən, hər zaman milli köklərimizə söykənərək Vətənə sadiq, xalqın maraqlarını qoruyan  eyni zamanda, ana kimi, həyat yoldaşının yaxın silahdaşı kimi nəinki ölkə, həm də dünya qadınları üçün nümunədir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi buna bariz nümunədir.                                                                        
Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir.
Hazırda  qadınların cəmiyyətdəki mövqeyi daha da güclənib. Qadınlar yalnız ailə həyatında qayğıkeş və tərbiyəçi deyil, həm də müxtəlif sahələrdə — tibbdə, iqtisadiyyatda, təhsildə, səhiyyədə, elmdə və texnologiyada əhəmiyyətli uğurlar əldə edirlər. Bu gün Azərbaycan qadını elm sahəsində yeniliklərə imza atır, diplomatik korpusda ölkəni təmsil edir, beynəlxalq təşkilatlarda fəal mövqe tutur. Dövlətin yaratdığı imkanlar və siyasi iradə qadınların potensialının reallaşmasına geniş şərait yaradıb. Qloballaşan dünyada sosial ədalət, inklüziv inkişaf və davamlı tərəqqi məsələləri aktuallaşır. Bu kontekstdə qadın liderliyi yeni keyfiyyət mərhələsinə yüksəlir. Mehriban xanım Əliyevanın fəaliyyəti göstərir ki, qadın idarəçiliyi empatiya ilə strateji düşüncənin harmoniyasını təmin edə bilir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Bu siyasət Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində daha fəal iştirak etməsinə imkan yaradır və onların potensialının reallaşmasına geniş şərait formalaşdırır. Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaradılmasında müstəsna rolu vardır.                                Qadın adını hər bir azərbaycanlı uca tutaraq Ana məfhumunu Vətənin təcəssümü sayıb.  Hazırda cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada qadın əməyi görünməsin.  Ölkəmizdə bir çox sahələrdə mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyi var. Qadınlar bütün istiqamətlər üzrə, o cümlədən də təhsil sahəsində xüsusi fəallıq nümayiş etdirirlər. Təhsil sistemi gənc nəslin formalaşmasında mühüm rol oynayır. Müəllimlər yalnız bilik vermir, həm də şagirdlərdə vətənpərvərlik və milli dəyərlərə hörmət kimi keyfiyyətlər formalaşdırırlar. Bununla yanaşı, respublikamızda gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun daha da artırılması istiqamətində ardıcıl işlər görülür. Azərbaycan qadını görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadim adını qazanaraq, dövlətçilik tariximizdə mühüm rol oynayıb. Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da qadınların cəmiyyətdə rolu daha da yüksəldi və fəaliyyətləri genişləndi.
 Bu gün qadınlarımız təkcə respublikada deyil, ölkəmizin hüdudlarından kənarda da apardıqları dövlət əhəmiyyətli çoxşaxəli fəaliyyət proqramlarının yüksək səviyyədə həyata keçirilməsinə görə tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Azərbaycan qadını - ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar, yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər. Azərbaycan qadınları ölkəmizin inkişafında böyük rol oynayır və gənc nəslin tərbiyəsində mühüm töhfələr verirlər. Azərbaycan qadını yalnız ailə institutunun dayağı deyil, həm də dövlətin inkişafına təsir göstərən mühüm ictimai qüvvədir. Onun fəaliyyəti cəmiyyətin mənəvi dayaqlarının möhkəmlənməsinə, sosial sabitliyin qorunmasına və milli dəyərlərin yaşadılmasına xidmət edir.                                                                          Hər il mart ayının 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.  Bu gün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmişdir. Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Ölkəmizin siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrində öz sözünü demiş qadınlar xüsusilə son dövrlərdə yüzilliklərə bərabər inkişaf yolu keçib, onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Bu gün Azərbaycan qadını, alimdir, yazıçıdır, rəssamdır, həkimdir, neftçidir, arxeoloqdur... Ən başlıcası isə bu sənət sahiblərini ailə və cəmiyyət üçün yetişdirən həyat müəllimi, anadırlar. 8 Mart –  Bu tarix  Azərbaycan qadınının zəhmətinə, fədakarlığına və cəmiyyətin inkişafındakı roluna göstərilən hörmətin rəmzidir. Azərbaycan modeli sübut edir ki, qadına verilən dəyər təkcə sosial jest deyil, milli inkişaf strategiyasının mühüm komponentidir. Qadının təhsilli, fəal və təşəbbüskar olması dövlətin gələcək inkişafına birbaşa təsir göstərir. Azərbaycan qadınları müasir dünyanın çağırışlarına uyğun olaraq elm, siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin beynəlxalq nüfuzunun artmasına öz töhfələrini verirlər. Onların qazandıqları nailiyyətlər Azərbaycanın inkişaf edən və güclənən dövlət kimi dünyada tanınmasına xidmət edir.Azərbaycan tarixində qadınlar yalnız ailənin deyil, cəmiyyətin də inkişafında mühüm rol oynamışdır.                                                     Bu əlamətdar gün qadınların cəmiyyətin inkişafındakı mühüm rolunu onların zəhmətini və fədakarlığını bir daha xatırlatmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda isə bu gün yalnız bayram deyil, həm də qadınların tarix boyu göstərdiyi qəhrəmanlıq, müdriklik və yaradıcı fəaliyyətin qiymətləndirilməsi üçün bir fürsətdir .                                                                                                                         Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
Bu gün qadınların zəhməti, onların ailə və cəmiyyət həyatındakı əvəzsiz rolu bir daha vurğulanır. Azərbaycan qadını həm ana kimi, həm də vətəndaş kimi yüksək mənəvi keyfiyyətləri ilə seçilir. O, ailənin tərbiyə ocağı olmaqla yanaşı, eyni zamanda cəmiyyətin inkişafında fəal iştirak edən bir şəxsiyyətdir.                                                                                                                                 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik arzulayıram. Azərbaycan qadını hər zaman öz müdrikliyi, sədaqəti və gücü ilə cəmiyyətimizin ən böyük dəyərlərindən biri olaraq qalacaqdır.  Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Musayeva Ulduz Əliyar qızı

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI