Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Çox Hörmətli və Dəyərli Birinci xanım Mehriban Əliyeva!

Çox Hörmətli və Dəyərli Birinci xanım  Mehriban Əliyeva!
9-03-2026, 13:17 162 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bir əsrdən artıq tarixi olan, 75mindən çox qadın üzvü öz ətrafında birləşdirən Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyi adından Sizi və ailənizin xanım üzvlərini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Sizin yorulmaz və çoxşaxəli fəaliyyətiniz Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərinin, zəkasının və humanizminin parlaq təcəssümüdür. Milli-mənəvi dəyərlərimizin qorunması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, sosial və humanitar təşəbbüslərin həyata keçirilməsi sahəsində gördüyünüz işlər bütün qadınlar üçün örnəkdir.

Siz Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində Cənab Prezidentin etibarlı tərəfdaşı, dəyərli məsləhətçisi və sədaqətli dostu kimi misilsiz rol oynayırsınız. Sizin fəaliyyəti, həmrəyliyiniz və təşəbbüskarlığınız Azərbaycan qadınının qüdrətini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirir.

Sizin təşəbbüsləriniz və dəstəyiniz sayəsində minlərlə ailəyə sevinc, ümid və inam bəxş olunmuş, qadınların hüquq və imkanlarının genişlənməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan qadınının cəmiyyətimizin inkişafında fəal iştirakının təmin olunmasında xidmətləriniz yüksək qiymətləndirilir.

Əminik ki, Sizin ali missiyaya əsaslanan fəaliyyətiniz bundan sonra da dövlətimizin inkişafına, qadınlarımızın rifahına və milli birliyimizin möhkəmlənməsinə əvəzsiz töhfələr verəcəkdir.

Sizə və ailənizin xanım üzvlərinə möhkəm can sağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

  Dərin hörmətlə,
"Azərbaycan Qadınları Respublika Cəmiyyəti"
İ.B. sədri
Bahar Qasımova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI