Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İlham Əliyev Albaniya Prezidentinə qətiyyətli mövqeyinə görə minnətdarlıq edib

İlham Əliyev Albaniya Prezidentinə qətiyyətli mövqeyinə görə minnətdarlıq edib
8-03-2026, 01:17 131 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib.
Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrimizin inkişafına verdiyi töhfəyə toxunulub.
Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI