VETENİM-AZERBAYCANDİR.AZ
Xocalı...
Bir kəlmə sözə necə böyük dərdlər, necə ürək didən ağrılar, ah-nalələr sığarmış. Əsrin ən dəhşətli müsibətidir Xocalı soyqırımı. O faciədən 34 il keçsə də, ağrılar-acılar unudulmur. Qan gölməçəsi, silah səsləri, vəhşət dolu baxışlar... Son illərin ən sərt qışıyaşanırdı Xocalıda. Sanki düşmənlə yanaşı, hava da qəsdinə durmuşdu talesiz insanların. Xocalı qan ağlayırdı həmin gecə, Xocalı fəryad edirdi dayanmadan.Xocalı faciəsini heç bir faciə ilə müqayisə etmək mümkün deyil. Bu şəkildə vəhşilik hələ olmamışdı. Tarixdə elə hadisələr vardır ki, heç zaman millətin, xalqın yaddaşından silinmir. Xocalı faciəsi də məhz belələrindəndir. Həmin tarixdən illər keçməsinə baxmayaraq, xalq o qanlı fevral gününü unutmur və heç zaman unutmayacaq. Bu genosid günahsız və əliyalın xalqa, millətə qarşı ən böyük vəhşilik idi. Həmin gün Azərbaycan xain düşmənlə mübarizə aparırdı. Neçə-neçə Azərbaycan igidi məzlum xalqın xilas olması üçün düşmənlə çarpışdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-rus hərbi birləşmələrinin, xüsusilə 366-cımotoatıcı alayın iştirakı ilə törədilən bu qırğının yaraları sağalmır. Bir gecədə bütöv bir şəhər yerlə yeksan edildi. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılmış, işgəncələrə məruz qalmışdır.Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlıfaciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı SoyqırımıGünü kimi qəbul etdi. 1998-ci ildə imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla bu faciənin mahiyyəti dünyaya bəyan edildi.
Bu gün biz faciənin 34-cü ildönümünü fərqli duyğularla anırıq. Çünki artıq torpaqlarımız işğaldan azad olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisasını aldı. 2023-cüilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan tam təmizləndi və Prezidentimiz orada dövlət bayrağımızı ucaltdı.Artıq Xocalı sakinləri üçün yeni dövr başlayıb. Onlar 34 illik həsrətdən sonra öz yurdlarına qayıdır, sönmüşçıraqlarını yenidən yandırırlar. Erməni cinayətkarlarıisə artıq haqq-ədalət məhkəməsi qarşısında cavab verirlər. Xocalı bizlər üçün həm kədər, həm də qəhrəmanlıq, mərdlik və vətənpərvərlik nümunəsidir.
Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq qan yaddaşıdır. Nə qədər illər keçsə də, bu dəhşəti unutmayacağıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik. Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Musayeva Ulduz Əliyar qızı